“Yuğ” teatrının iki aktyoru işdən çıxdı

OXUNUB: 918 MƏDƏNİYYƏT

Dövlət "Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar. 

İcmal.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.

O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: "Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı lazım bilməyiblər. Səbəb yalnız budur”. 

İcmal.Az

RƏYLƏR