Yunanıstanı cəhənnəmə çevirdilər — Məmurlar Məclisə basqın etdilər

OXUNUB: 828 DÜNYA
Yunanıstanda məmur və özəl sektor işçiləri parlamentə basqın etdilər.

Yaranan qarşıdurmada polislərə molotov kokteyli ilə hücm ediblər.

Hökumətin yeni qanununa etiraz edən nümayişçilər Afinada parlamentə hücum ediblər. Məclisin qarşısı müharibə meydanına çevrilib.
Həmkarlar İttifaqlarının çağırışı ilə Sintaqma meydanında başlayan etiraz nümayişi sırasında bir qrup polisə hücum edib. Sonra isə parlamenti ələ keçirməyə çalışıb. Polislə toqquşamaya girişən qrup parlamentin qarşısındakı nəzarət buraxılış məntəqəsini yandırıb. Polis hadisəyə gözyaşardıcı qazla müdaxilə edib.

İnsident nəticəsində bir jurnalist yaralanıb, 3 nəfər isə saxlanılıb./olke.az
 

İcmal.Az

RƏYLƏR