“Zakir Fərəcov vəzifəsindən kənarlaşdırılmalı və həbs olunmalıdır” – TƏLƏB

OXUNUB: 18702 HADİSƏ

Son bir neçə gündü ölkə mətbuatında Sumqayır Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumu olduğu deyilən 14 yaşlı Ağaəli Fərəcovla bağlı ciddi məlumatlar yayılmaqdadır.

Maraqlısı budur ki, bu yayılan məlumatlarda adı hallanan Zakir Fərəcov bu və ya digər şəkildə adının hallanmasına münasibət bildirmədiyindən media və siyasət dünyası daha da ciddi ittihamlarla icra başçsını hədəfin ortasına qoymaqdadı.

Elə Müasir Müsavat Partiyası lideri Hafiz Hacıyev də yayılan xəbərlərlə bağlı Vətəninfo.az-ın sualların cavablandıran zaman Zakir Fərəcovu "yaş yuyub, quru sərdi”.

"Bunların hamısını mən dəfələrlə demişəm. Bu cür qudurmuş məmur balaları ölkədə qıcıq yaradırlar. Xalqda dövlətə qarşı bir inamsızlıq yaradırlar” – deyən partiya sədri əlavə edib ki, Ağaəli Fərəcovun atası Zakir Fərəcovun hesabına iş adamıdı.

"Zakir Fərəcov Abşeronu dağıtdı, yerinə də oturub-durduğu qadını qoydu. İndi də gedib Sumqayıtı talayıb yeyir. Ona görə də belə adamların xalqa, dövlətə bir qəpiklik xeyri yoxdu. Bunlar Azərbaycan talan ediblər, ölkəni pis günə qoyublar. Necə olur ki, Dövlət Yol Polisi adi sıravi adam, müəllimi, hətta deputatı saxladıb maşından düşürə bilir, ancaq belə harınamışın qudurğan küçüyünü içəri sala bilmir. O da bundan istifadə edərək adam öldürür. Buna da haqq qazandırırlar. Facebook-da yaydığı videoda maşını qaydaları pozaraq yol hərəkətini pozaraq tərsinə sürür. Dəfələrlə ölkə prezidenti bəyan edib ki,vəzifəli şəxslərin balaları nümunəvi olmalıdır. Baxaq görək bunlar nümunəvi olurlarmı? əksinə daha da harınlaşırlar. Bunlar bu hərəkətləri ilə ölkə prezidentinin dediklərinin əksinə gedirlər”. Hafiz Hacıyev daha sonra əlavə edib ki, Zakir Fərəcov vəzifəsindən kənarlaşdırılmalıdı və həbs edilməlidir.

"Qaydaları pozub yolda sadə vətəndaşı vurub öldürürsən sonra deyirsən bunun 14 yaşı var. Bütün fotolarda qəlyan çəkir, eş-işrət içindədi.Sən bu pulları hardan almısan ki ki, belə harınnamısan. Belə mənzərələr xalqı dövlətdən narazı salır. Camahat da görür ki, harınlamış bir məmurun,iş adamının övladı qaydaları pozur, yolda adam öldürür "gözün üstündə qaşın var deyən” yoxdu, amma kasıb bir insanı hansısa bir qayda pozuntusuna görə DYP tərəfindən əzab verilir. Budu narazılıq yaradan hallar”./aztoday.az


RƏYLƏR