Zakir Fərəcovun qohumunun Doğum Evində faciə — Körpə doğuş zamanı öldü

OXUNUB: 281 Özəl HADİSƏ

Sumqayıtda körpə ölümü baş verib. 


Demokrat.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında şəhərin 2 nömrəli Doğum Evində baş verib. 


Belə ki, 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi uşaq doğuş zamanı ölüb. Köpənin hansı səbəbdən öldüyü məlum deyil.


Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova Oxu.Az-a açıqlamasında faktla bağlı araşdırma aparıldığını deyib:


"Hadisə dünən axşam saatlarında baş verib. Vəziyyətlə bağlı qadının yaxınları həkimlərlə mübahisə etdiyi üçün hüquq-mühafizə orqanlarına məlumat verilib. Onlar körpənin ölüm səbəbini dəqiqləşdirmək məqsədilə meyiti tibbi ekspertizaya göndəriblər.


Yekun nəticə söyləmək üçün ekspertizanın cavabını gözləmək lazımdır. Yalnız o zaman körpənin ölüm səbəbi haqqında məlumat vermək mümkündür”.


Qeyd edək ki, sözügedən Doğum Evinin baş həkimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkəninin bacısıdır. 

 

İcmal.Az

RƏYLƏR