Zakir Həsənov bölmələrin qışa hazırlığını yoxlayıb - FOTO/VİDEO

OXUNUB: 41 SİYASƏT

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.

Nazirliyin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istilik sistemləri, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}