Zakir Həsənov cəbhənin ön xəttində - FOTO/VİDEO

OXUNUB: 622 SİYASƏT

Cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olub.

İcmal.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib.

General-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
 
Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

İcmal.Az

RƏYLƏR