Zakir Həsənov Erkan Özoral ilə görüşüb

OXUNUB: 659 SİYASƏT

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 7-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin ordu nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

İcmal.Az

RƏYLƏR