Zakir Qaralov tənqidçi medianı niyə radikallaşdırır? – “AKKORD” “KANAL13” RƏHBƏRİNİN MƏNZİLİNİ BELƏ ZƏBT ETDİ – VİDEO

OXUNUB: 1066 index-manşet GÜNDƏM SİYASƏT

 

Bir neçə gün öncə "AKKORD” şirkətinin əməkdaşları siyasi sifarişə uyğun olaraq, Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, tənqidçi jurnalist Anar Orucova məxsus mənzili dəmir alətlə qıraraq kilidi dəyişmiş və mənzili qanunsuz olaraq zəbt etmələri barədə xəbər dərc etmişdik. Hadisə ilə bağlı həmin ünvanda qeydiyyatda olan və yaşayan A.Orucovun qardaşı Əziz Orucov 7 news.az saytına danışaraq baş verənləri təsdiq edib və bunun sırf Zakir Qaralov tərəfindən siyasi sifariş olduğunu deyib. (red. ətraflı bu YAZIDA)

Məsələ ilə bağlı hit.az saytı maraqlı araşdırma edib. Araşdırmada deyilir: Əziz Orucov tənqidçi medianın rəhbəridir, baş redaktoru olduğu İnternet televiziyası ölkədəki bir çox problemləri, sosial məsəlləri mütəmadi gündəmə gətirir. "Köhnə qvardiyanın" Baş Prokuror Zakir Qaralov və birinci müavini Rüstəm Usubov vasitəsi ilə tənqidçi medianın daha da radikallaşmasına hesablanan bir çox addımlar atdıqları artıq hər kəsə bəllidir. Belə ki, tez-tez jurnalistlər o zaman Prezident Aparatının İctimai-siyasi şöbəsinin rəhbəri olan Əli Həsənovun sifarişi ilə Baş Prokurorluğa çağrılır,müxtəlif təzyiqlərə məruz qoyulurdu. Məqsəd onların radikallaşması, Qərb dövlətləri və insan hüquqtəşkilatları ilə Azərbaycan dövlətini üz-üzə qoymaq idi. Amma bildiyimiz kimi, artıq nə Əli Həsənov, nə Zakir Qaralov, nə də Rüstəm Usubov artıq vəzifədə deyillər. Amma görünür gedərayaqda da öz köhnə əməllərindən əl çəkməyiblər.

Nəhayət yenə son ümid ölkə başçısı İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya qalır...


 

RƏYLƏR