Zamində olan şəxs məhkəmə zalında həbs edildi - 16 min manatlıq dələduzluq

OXUNUB: 1005 HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə zamində olan A.Qədimovun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Qədimov Dubaydan telefon gətirmək adı ilə tanışları olan zərərçəkmiş şəxslərə qarşı 16 min manat məbləğində dələduzluq edib.
 
İcmal.Az

RƏYLƏR