“Zaqatala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi” adlı layihəyə start verilib

OXUNUB: 434 QHT

"Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.09.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Zaqatala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi” adlı layihəyə start verib.

 

Layihənin əsas məqsədi – peşə təhsili alan gənclərin biznes fəaliyyətlərinı dəstək olmaq və məşğulluğunu təmin etməkdir.

 

Layihə Zaqatala rayonunda peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənc qızlar təşkil edəcək və onların biznes sahəsində ideyalarının təhlil olunması üçün köməklik göstəriləcək.

2 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 30 nəfər gənc qızlara "biznes və brendləşmə nədir?” adlı təlimlərin keçiriləcəkdir və göstərəcəkləri biznes fəaliyyətə uyğun həvəsləndirici ləvazimatlarda veriləcəkdir.

 

Layihə Zaqatala rayonunda peşə təhsili alan gənc qızların iştirakı ilə həyata keçiriləcək.

RƏYLƏR