Zaqatalada 3 uşaq atası olan fəhlə ağacdan yıxılıb öldü

OXUNUB: 549 HADİSƏ
Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb. Hhadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov fərdi təsərrüfatda günəmuzd işçi kimi xurma yığarkən ağacdan yıxılıb. 

Yaralı ev sahibi tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, N.Osmanov 3 azyaşlı uşaq atasıdır.  Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR