Zaqatalada 4 bal gücündə zəlzələ YENİLƏNİB

OXUNUB: 499 HADİSƏ
Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

7News.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. 

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

14.23
 
Bu gün saat 14.05-də Zaqatalada zəlzələ baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, zəlzələ 3 bal gücündə hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
 
 
7News.Az

RƏYLƏR