Zaur Baxşəliyevin ölməyi ilə bağlı ATV-dən rəsmi açıqlama

OXUNUB: 12321 ŞOU-BİZNES
Bu gün ATV-nin məşhur aparıcıs Zaur Baxşəliyevin ölüm xəbəri yayılıb. Məlumatda bildirilir ki, o şaftalı ağacından yıxılaraq dünyasını dəyişib. Hətta sosial şəbəkədə hər kəs bununla bağlı məşhur aparıcının fotolarını paylaşaraq təəssüfləndiklərini bildirirlər. 

İCMAL.AZ xəbər verir ki,sözügedən məsələ ilə bağlı ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov unikal.org-a açıqlama verib. 

Bildirib ki, söz-söhbətlərdən sonra Zaurla əlaqə saxlayıb: "Bu bir kobud zarafata oxşayır. Zaur Baxşəliyevin ölümü ilə bağlı yayıln məlumat əsaszıdır. Bir az öncə Zaurla danışdım. Bunun hər biri boş söhbətlərdir. Narahatçılığa əsas yoxdur. Həmçinin onu da deyim ki, o, bu gün də iş başında olub. Zaurun şaftalı ağacında nə işi var ki, dünyasını da dəyişsin. Bu bir zarafatdır və belə informasiyaların yayılması insanların sevgisindən irəli gəlir".
Zaur Baxşəliyevin ölməyi ilə bağlı ATV-dən rəsmi açıqlama

RƏYLƏR