“Özbaşınalıqdan yeganə xilas yolum intihardır” –İş adamından sensasion məktub

OXUNUB: 79 GÜNDƏM HADİSƏ
Azərbaycanda sahibkarlığın inkişafı dövlətin əsas prioritetlərindən biri olsa da ancaq hüquq-mühafizə orqanlarının yersiz müdaxilə halları da ortaya çıxır. Sahibkarları incitmək, onlardan əlavə pul almaq üçün bir sıra hallarda saxta-qurama işlərlə məsuliyyətə çəkilir.
Sahibkar Məmməd Cəfərli  polis özbaşınalığı ilə üzləşənlərdən biri olduğunu deyib. Baş Prokurluğa və DİN rəhbərliyinə müraciət edən Məmməd Cəfərlinin  şikayətini olduğu kimi təqdim edirik:

Qeyd edim ki, Cabbarov Elşən Mürsəl oğluna DİN-nin İstintaq İdarəsi tərəfindən 28 avqust 2018-ci ildə CM-nin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdı. Bu şəxsə mən borc verdiyim üçün 4 ay sonra məni həbs ediblər. Hadisədən 4 ay sonra heç bir günahım olmadan məni həmin maddə ilə cəlb edib Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə sifarişlə həbs qətimkan tədbiri seçilmişdi. Həbs edilməyimin sifarişçisi DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi Tofiq Nəbibəyli olmuşdu. Heç bir günahım olmadan Salyanda tanınan sahibkar olaraq bu qanunsuzluqla barışa bilmirdim. Mənə verilən ittihamın əsasını isə baş vermiş hadisən xəbərim olmadan vermiş olduğum borc pul hesab edilirdi. Müxtəlif qurumlara günahsızlığımla bağlı etdiyim çoxsaylı şikayətlərdən sonra məhkəmə mənim növbəti müddəti həbsimin uzadılmasını ev dustaqlığına dəyişərək məni məhkəmə zalından azad etdi və dərhal da Prokrorluq həmin qərardan Apellyasya Protesti versə də, Bakı Apellyasya Məhkəməsi protesti təmin etmədi. 

Müstəniq isə məni xatırlatdı ki, narahat olma 1-2 həftəyə qətimkan tədbirinin şərtini pozmaq adı ilə yenidən səni Kürdaxanıya yola salacağıq. Bundan sonra İstintaq tərəfindən qara günlərim başladı. Ağır cinayətlərin istintaq şöbəsinin rəisi Tofiq Nəbibəyli bütün vasitlərlə mənə təyziqləri artırıb onun kimliyini tezliklə biləcəyimi söylədi.

Mən isə onlara bəhanə verməmək və onların tələsinə düşməmək üçün Yaşayış yerimdə qalmaqla, sahə müvəkillinin yanına gedərək gündəlik qeydiyyatdan keçirəm. Atalar demiş sən saydığını say gör fələk nə sayır. Qanunun aliliyini sinirə bilməyən istintaq məni günahsız yerə cəlb edib ev dustaqlığında qalmağımla kifayətlənməyərək, yeni istintaq qurupu yaradaraq İstinitaq qurupuna Ağır cinayətlərin istintaq şöbəsinin rəisi Tofiq Nəbibəyli müavini Vüqar Tağıyevi təyin etmişlər. Məqsəd nə yolla olursa olsun yenidən həbs qətimkan tədbiri seçməkdi. Demək olar ki, senari artıq gerçəkləşir məni sabah Ağır cinayətlərin istintaq şöbəsinə çağıraraq qətimkan tədbirinin şərtini pozmaqda günahladırıb Səbail rayon Məhkəməsinə çıxaracaqlar. Bu qanunsuzluğa və özbaşınalıqdan yeganə xilas yolum intihardı.

Cənab Prezidentin Sahibkarlığa göstərdiyi dəstəyə və Kənd rayonlarında yeni iş yerlərinin açılması devizini rəhbər tutaraq 70 – ə yaxın ailəni daimi iş yeri ilə təmin etmişəm, Salyan rayonunda nümunəvi sahibkar olaraq iri həcimdə vergi ödəyicisəyəm. Hər zaman sahibkarlıq fəaliyyətimdə dövlətin dəstəyini görmüşəm, məndə qarşıma sahibkarlıq fəaliyyətimi böyüdüb yeni iş yerlərinin açılmasına naiı olmaq məqsədi qoymuşam. İndi isə mənim yenidən əsasız həbsim ailəmin faciəsi olmaqla yanaşı 70 yaxın şəxsin daimi işlə təmin etdiyim sakinlərində işsizliynə səbəb olacaq. Bunun faciəsini isə sözlə ifadə edə bilmirəm. Cənab Baş Prokuror qəsdən istintaqı lüzumsuz yerə uzadırlar ki, mənə istirab versinlər.  ”Zərəçəkmişlərə ” təyziq edib öz istədiklərini almaq istəyirlər. İstintaqın özüdə bilir ki, mən günahsızam. Nə uşaqlığım nə dəki gəncliyim olmayıb, 13 yaşından 45 dərəcə istidə, yağışda, soyuqda adi salafan satmaqla bu vəziyyətə gəlib çatmışam. And içirəm ki, müqəddəs orucluğa ki, mən heç bir cinayətin iştirakçısı deyiləm. Bu müqəddəs ayda Tofiq Nəbibəyli kimi şəxslərin marağını təmin edə bilmirəmsə, bu mənim günahımdırmı?

Niyə yenidən həbs edilməliyəm?

Məgər Tofiq kimi rəislərin istəyi qanuna və Cənab Prezdentin Hüquq İslahatlarına kölgəmi salmalıdır?

Niyə imkan vermirlər öz fəaliyyətimlə dövlətimə vətəndaşlara fayda verim.Mən yenidən həbs olunmaq istəmirəm, inanın ölümü həbsdən daha çox istəyirəm.Əgər mənim günahsız həbsimə müdaxilə etməsəniz günü sabah məni yenidən Kürdaxanıya göndərəcəklər.Sizdən İmdad diləyirəm, yalvarıram bu cinayət işini öz nəzarətinizə götürüb obyektiv araşdırılmasına göstəriş verəsiniz.O zaman sizdə tam əmin olacaqsız ki, İstintaq mənim həbsim üçün hansı qanunsuzluğa əl atır.Tofiq Nəbibəyli kimi rəislər öz ambisyaları və istəkləri üçün regionunun nümunəvi sahibkarını intihara sövq edirlər. Onu da qeyd edim ki, bir dəfədə olsa çağırışdan yayınmamış ev dustağının şərtini pozmamışam, lakin  məni yenidən həbs etmək üçün Səbail rayon Məhkəməsinə çıxaracaqlar”./Gununsesi.org

7News.Az

RƏYLƏR