Zəhranın ölümü ilə bağlı NATO Baş katibinə — ETİRAZ

OXUNUB: 658 SOSİAL
Bu gün paytaxt Kiyevdə ATƏT-in Ukrayna ofisinin rəsmi açılış mərasimi keçiriləcək.


İcmal.Az-ın məlumatına görə, tədbirdə Ukrayna prezidenti Petro Poroşenko, NATO-nun Baş katibi Yens Stoltenberq və digər rəsmi şəxslər iştirak edəcəklər. 

Həmin vaxt ATƏT-in Ukrayna ofisinin qarşısında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukraynada yaşayan soydaşlarımız tərəfindən Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri - Quliyeva Sahibə İdris qızına və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşiliklərlə bağlı yürüş təşkil olunacaq.

Yürüşün qətnaməsi isə NATO-nun Baş katibi Yens Stoltenberqə təqdim olunacaq. 

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
 
İcmal.Az

RƏYLƏR