Zəhranın ölümü ilə bağlı yürüş keçiriləcək

OXUNUB: 975 SOSİAL
Sabah 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar yürüş keçiriləcək. 

İcmal.Az xəbər verir ki, Gənclər  və İdman Nazirliyindən lent.az-a verilən məlumata görə, yürüş çoxsaylı gənclər təşkilatları tərəfindən təşkil edilir. Yürüşə  "Bridge Plaza"dan start veriləcək.
 
Yürüş Minsk qrupunun həmsədr ölkələrinin səfirliklərinin qarşısından keçməklə təşkil ediləcək. Yürüş iştirakçıları saat 11.00-da  Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər. 
 
Nazirlik bütün gəncləri aktiv olmağa çağırır.

Qeyd edək ki, Zəhra ötən gecə erməni işğalçılarının Füzulinin Alxanlı kəndini ağır silahlarla atəşə tutması nəticəsində dünyasını dəyişib.
 
İcmal.Az

RƏYLƏR