Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu - VİDEO - FOTO

OXUNUB: 209 MARAQLI

Balaca Aleksdə adangəlmə olaraq eşitmə qabiliyyəti çox zəifdir. O, dünyaya göz açandan bəri anasının səsini eşitməyib.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Liverpul şəhərinin sakini Cen Denman övladı Aleksin eşitmə problemini həll etmək üçün həkimlərə üz tutub.

Müayinə zamanı bəlli olub ki, Aleksdə eşitmə qabiliyyətinin sensonevral itkisi var.

"Alder Hey Hospital"da müayinələrdən sonra balaca Aleksin qulaqlarına kohlear implantatlar yerləşdirilib.

5 aylıq Aleks həyatında ilk dəfə olaraq anası Cenin səsini eşidib.

 

Bu ecazkar anların əks olunduğu videoya Facebook-da 830 min dəfədən artıq baxılıb..

İTV telekanalındakı "This Morning" proqramının qonağı olan Cen Denmanın dediyinə görə, balaca Aleks indi sosial şəbəkələrin ulduzudur.

İcmal.Az

Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu

Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu - VİDEO - FOTO

Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu - VİDEO - FOTO

RƏYLƏR