“Zəka” Gənclərin İntellektual İnkişaf və yaradıcılıq Mərkəzinin tədbiri yekunlaşdı.

OXUNUB: 1151 QHT

Şəmkir rayonunda yerləşən "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi 2013-cü ilin sentyabr ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Mərkəz fəaliyyəti dövründə regionda gənclərin intellektual inkişafına şərait yaratmış, istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmiş, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi istiqamətində müvafiq işlər aparmış, eyni zamanda, gənclər üçün karyera və inkişaf məktəbi olmuşdur.

Mərkəzin fəaliyyətə başlamasının 4 ili münasibəti ilə 11 sentyabr 2017-ci il tarixində "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin qarşısında "Zəka 4 il sizinlə” adlı musiqili hesabat tədbiri həyata keçirildi.

Tədbirdə rəsmi qonaq qismində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının I müavini Qüdrət Əliyev, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir rayon Mərkəzi Xəstəxananın Baş həkimi Ayaz İbrahimov, "Synergy” CSR şirkətinin məsul əməkdaşları, Şəmkir rayonunda fəaliyyət göstərən digər Dövlət və özəl müəssisə əməkdaşları iştirak etdilər.

Tədbirində qonaqlara Mərkəzin 4 illik fəaliyyətinin hesabatı, mərkəzlə yeni əməkdaşlıqlar, mərkəzdə fəaliyyət göstərəcək yeni biznes layihələrin təqdimatı və mərkəzin yeni hazırlanmış  himni ictimaiyyətə təqdim olundu. Tədbirin musiqili qonağı Azərbaycan Milli Konservatoriyanın tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr lauriyyatı Urfan Cəfərov oldu.

Tədbir sonunda qonaqlar "Zəka” Gənclər Mərkəzinin həm Şəmkir, həm region gənclərinin inkişafındakı töhvələrindən danışaraq, mərkəzin fəaliyyətinə uğurlar arzuladılar.

 "Zəka” Gənclərin İntellektual İnkişaf və yaradıcılıq Mərkəzinin 4 yaş tortunun təntənəli kəsilməsi ilə tədbir yekunlaşdı.

 


 

 

İcmal.Az

RƏYLƏR