Özəl klinikalar koronavirusa görə bağlanır? - Təhlükə böyüyür... / TƏBİB

OXUNUB: 1612 Səhiyyə

Koronaviruslu xəstələrin müalicəsi üçün Azərbaycanda bəzi dövlət xəstəxanaları xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilib.

Vəziyyət daha da ağırlaşarsa, özəl klinikalar da bu prosesə cəlb oluna bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hələlik bununla bağlı məsələ gündəmdə deyil:

"Lakin bununla bağlı növbəti mərhələlərdə hər hansı bir qərar qəbul olunarsa, ictimaiyyətə bu barədə məlumat veriləcək”.

7News.Az

RƏYLƏR