Zərdab icra başçısı Lütvəli Babayev də tikinti maqnatı çıxdı (FOTO)

OXUNUB: 1226 index-manşet HADİSƏ
Zərdab rayonunun icra başçısı Lütvəli Babayev Bakıda bina tikir. 

7NEWS.az xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin yazdığına görə, binanın sahəsi 10 min kvadrat metrə yaxındır və tikintisi icra başçısının oğlu Baləli Babazadənin adı ilə həyata keçirilib.

Bina Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə  yerləşir və 12 mərtəbəlidir.

"Bu həmin icra başçısıdır ki, Zərdabda şəhid Nurlan Babazadənin məzarı üstündən Azərbaycan bayrağını götürmək göstərişi vermişdi. Kiminsə oğlu şəhid olur, bunun da oğlu bina tikir".

RƏYLƏR