Zərdabda DSMF sədri Səlim Müslimovu İFŞA ETDİ - ŞOK TƏFƏRRÜAT

OXUNUB: 5911 Seçilmiş Önəmli Özəl

Saytımızın elektron ünvanına Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşın xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Mətbuatda 15 gün əvvəl DSMF-nin Zərdab rayon şöbəsinin rəisi Canpolad Vəliyevin qanunsuz əməlləri barədə etdiyim şikayətdən sonra bizim ailəyə təzyiqlər başlayıb.  DSMF-nin Zərdab  rayon şöbəsinin müdiri Canpolad Vəliyev əlaltılarını evimizə göndərib məni həbs etdirəcəyi ilə hədələyir.

     Mən ümüd edirdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov  harınlamış məmur Canpolad Vəliyevi cəzalandırıa ancaq əksinə oldu məni həbs etdirməklə hədələyir.Sonra mənə məlum oldu ki, Canpolad Vəliyev kasıb-kusubun qanını sovurub əldə etdiyi kapitalın müəyyən faizini Nazirliyə verirmiş. Elə buna görə də bizim ailəyə söz göndərib ki, sənin özünü həbs etdirəcəm şikayət etməyinin xeyri yoxdur mənim arxamda nazirlik dayanır. Mən bir daha mətbuat vasitəsi ilə  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən  xahiş edirəm bizə kömək edin yataq xəstəsi 1-ci qrup əlilil qaraşım Fəridin pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni  məhkəməyə verib  5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta qanunsuz fəaliyyətini ciddi araşdırıb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz.

Xatırladım ki, anadan gəlmə şikəst 1-ci qrup əlil və yataq xəstəsi olan qardaşım Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldırlmasına etiraz olaraq yazdığım şikayət ərizələrinə görə DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev mənə qarşı  məhkəmədə iddia qaldırıb məndən  5000 manat təzimat tələb edir. Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığı şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb işgüzar nüfuzuna xələl gətirmişəm.Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla 1-ci qrup əlilldir və yataq xəstəsidir. Yeriyə bilmir güclə danışır.Danışanda da nitqini başa düşmək olmur. Çox acənacaqlı yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq. Atam 20 il əvvəl vəfat edib.Qoca anam, iki azyaşlı uşağım, həyat yoldaşım birdə əlil yataq xəstəsi olan əlil qardaşım bir yerdə uşuq sökük daxmada yaşayırıq.Ailəmizdə heç kəs işləmir. /dosye.org

REDAKSİYADAN: Saytımızın elektron ünvanına daxil olan şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

0s.jpg

0b.jpg

0a.jpg

RƏYLƏR