Zərərçəkmiş kimi tanınan şəxs tutuldu - "MTN işi"

OXUNUB: 814 HADİSƏ
Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı "MTN işi"ndə zərərçəkmiş kimi tanınıb.
 
 
İcmal.Az

RƏYLƏR