Zeynəb Xanlarova Rasim Balayevlə bağlı nazirliyə çağırış etdi: "Buna bir əncam çəkmək lazımdır"

OXUNUB: 626 SOSİAL

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova parlamentin bu gün keçirilən plenar iclasında xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı müraciət edib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, Z.Xanlarova R.Balayevin səhhətinin, vəziyyətinin yaxşı olmadığını bildirib.

Millət vəkili məsələ ilə bağlı Səhiyyə və Mədəniyyət nazirliklərindən dəstək vermələrini xahiş edib:

 

"Rasim Balayev bütün ömrünü sənətə həsr edib. Bu məsələyə bir əncam çəkmək lazımdır. Mən millətin adından xahiş edirəm ki, müvafiq qurumlar bu işlə məşğul olsunlar".

İcmal.Az

RƏYLƏR