Zığ-Hava Limanı yolu bağlandı

OXUNUB: 950 SOSİAL

Zığ-Hava Limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava lımanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkət tam məhdudlaşdırılıb. 

İcmal.Az-ın məlumatına görə, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, hazırda avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir.

Sürücülərə avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə almaları və müəyyən olunmuş surət həddinə əməl etmələri tövsiyə olunur.

İcmal.Az

RƏYLƏR