Ziyad Səmədzadə: "Azərbaycandakı bankların fəaliyyətində ciddi nöqsanlar var"

OXUNUB: 5001 ERMƏNİSTAN Video SİYASƏT MARAQLI

Bakı. 29 aprel. / "Bir iqtisadçı alim kimi etiraf edirəm ki, bu gün Azərbaycandakı bankların fəaliyyətində ciddi nöqsanlar var". "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) ümumi yığıncağının iclasında çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Millət vəkili ölkədəki pul qıtlığından da danışıb: "Düşünürəm ki, həddən artıq pul qıtlığı yaratmamalıyıq".

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan tikinti materiallarına olan tələbatın 80-85%-ni təmin edir: "Biz bir sıra uğurlu layihələrə imza atmışıq. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmiyolu xəttidir. Baxmayaraq ki, bu layihəni ilk əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) maliyyələşdirmək istəmirdi. Çünki burada layihələrin icra edilməməsi üçün ermənilərin təsiri var idi".

RƏYLƏR