Ziyafət Əsgərov: Ermənistanda terror dövlət siyasətidir

OXUNUB: 580 SİYASƏT

Avropa İttifaqına nə mane olur ki, Azərbaycan qarşı ikili siyasət həyata keçirir, ancaq işğalçı Ermənistana qarşı sanksiya tətbiq etmir?!

İcmal.Az məlumat verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı (Aİ) - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. 

"Azərbaycanın hansı regionda yerləşdiyi məlumdur. Azərbaycanın "Əsrin müqaviləsi” imzalanarkən hansı təhdidlərlə qarşı-qarşıya olduğu da məlum idi və Heydər Əliyev bunu qeyd etmişdi.

Buna baxmayaraq, Azərbaycan o dövrdə bu müqaviləni imzaladı. Qeyd edim ki, bizə qarşı təhdidlər bu gün də var və davam edir”, - deyən Z. Əsgərov bu gün Aİ-nin enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin yaradıldığını xatırladıb:

"Ermənistan bu gün terror siyasəti ilə məşğuldur. Bu gün Ermənistanda terror dövlət siyasətidir. Bu siyasətin müəllifi olan Serj Sarkisyanı hakimiyyətdən qovdular, sadə dillə desəm, silib-süpürüb atdılar. İndi görək, Sarkisyandan sonra Ermənistanda sağlam düşüncəli insan hakimiyyətə gələcəkmi?

Nə qədər Azərbaycan torpaqları işğal altındadır, Ermənistanda firəvanlıq olmayacaq. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir, bundan sonra regionda sabitlik yarana bilər. Ancaq Ermənistan beynəlxalq hüququ saymır.

Avropa İttifaqına nə mane olur ki, Azərbaycan qarşı ikili siyasət həyata keçirirsiniz, ancaq işğalçı Ermənistana qarşı sanksyia tətbiq olunmur?! Lakin Ukrayna ilə bağlı Rusiyaya fərqli münasibət göstərilir.

Bu gün Azərbaycanın işğal olunmuş rayonlarında narkotik yetişdirilir. Hazırda Avropada satılan narkotik vasitələrin əksəriyyəti Qarabağda becərilir”. 

İcmal.Az

RƏYLƏR