Ziyafət Əsgərov: Mən başa düşə bilmirəm ki, bu, nə sözdür?!

OXUNUB: 668 SİYASƏT

"Geri çağırılma”nın dərmana nə aidiyyəti var? Mən başa düşə bilmirəm ki, bu, nə sözdür?! Dərman hara, geri çağırılma hara?

İcmal.Az-ın xəbərinə görə, bunu parlamentdə "Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Birinci vitse-spiker qanun layihəsində "dərmanların geri çağırılması” ifadəsinə etirazını bildirərək bunları deyib:

"Vaxtilə deputatlarla bağlı da geri çağırılması ifadəsi vardı. İndi biz azad, müstəqil deputatlarıq. Ona görə  belə ifadəyə o qədər də ehtiyac qalmır. Amma mən heç cür anlaya bilmirəm ki, bu söz necə gəlib bura düşüb, onu bura daxil etməyin nə mənası var?”

"Azərbaycanda klinik farmokologiya üzrə bir müddət əvvəl axtaranda bir nəfər ixtisasçı tapdıq. Bu gün qanuna edəcəyimiz dəyişiklikdən sonra isə bu məsələ ciddi problem yaradacaq”.

Bunu isə çıxışında ürək cərrahı, millət vəkili Rəşad Mahmudov qeyd edib.

Millət vəkili bildirib ki, bu dəyişikliklərin qəbulundan sonra 600-dən çox dövlət və özəl xəstəxanalarda farmokoloqlar təyin olunmalıdır:

"Bu şəxslər vəzifələrinin ciddiyyətinin fərqində deyilsə, bu, bizə problemlər yaradacaq. Hesab edirəm ki, bu maddə qanundan çıxarılmalıdır”.

R. Mahmudov son günlər istər parlamentdə, istər cəmiyyətdə saxta dərmanlarla bağlı müzakirə olunan məsələyə də münasibət bildirib:

"Bir çox hallarda saxta dərman və illeqal - qanunsuz gətirilmə ifadələri bir-biri ilə qarışdırılır. Qanunsuz ölkəyə gətirilən dərmanlarla bağlı aparılan tədbirlər təqdirəlayiqdir. Lakin qanunsuz qəbul edilən dərmanların ölkədə olmamasından bu gün tibb işçiləri müalicə işinin normal aparılmaması ilə üz-üzəyik. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən tədbirlərin görülməsinə ehtiyac var”. 

İcmal.Az

RƏYLƏR