Zolotaya Korona köçürmələri artıq Yelo App-də!

OXUNUB: 398 İQTİSADİYYAT BANK
 
Yelo Bankın çoxfunksional mobil tətbiqi daha bir yeniliyi müştərilərin istifadəsinə verib. Belə ki, artıq filiala gəlmədən Zolotaya Korona köçürmələrini həyata keçirmək mümkündür. Bunun üçün telefonunuzda Yelo mobil tətbiqinin olması kifayətdir. Yelo App vasitəsilə bir neçə toxunuşla Rusiya, Türkiyə, Belarus, Gürcüstan, İsrail, Fransa və bir çox xarici ölkələrə pul köçürə bilərsiniz. 
 
Köçürmə əməliyyatını aparmaq Yelo App ilə çox sadədir. Bunun üçün tətbiqdə "Köçürmə” bölməsindən "Zolotaya Korona”-nı seçirsiniz. Daha sonra isə köçürmə etmək istədiyiniz ölkə, məbləğ, valyuta və qəbul edənin məlumatlarını daxil edib, əməliyyatı yekunlaşdırırsınız. Köçürməni istər debet, istərsə də kredit kartı, həmçinin cari hesab vasitəsilə həyata keçirmək mümkündür. Köçürmələr təyinat ölkəsindən asılı olaraq Azərbaycan manatı, Rus Rublu, ABŞ dolları və avro ilə həyata keçirilir. Konvertasiyalı əməliyyat seçimi etdikdə heç bir komissiya haqqı tutulmayacaq. Qeyd edək ki, Yelo App-də Zolotaya Korona vasitəsilə ölkədaxili köçürmələr də həyata keçirmək mümkündür. Tətbiqi dərhal yükləmək üçün: https://bit.ly/ylnwsh 
 
Yelo Bank-ı izləməyə davam edin, çünki Bank yaxın zamanda bir çox rəqəmsal yeniliklər ilə müştəriləri sevindirəcək. 

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  
Yelo Bank – Parlaq bankçılıq!
7News.Az

RƏYLƏR