“Zorlanan, əri tərəfindən aldadılan qadınların özləri günahkardır” — Ərəbistanda din xadimindən ŞOK SÖZLƏR

OXUNUB: 553 MARAQLI
Səudiyyə Ərəbistanında din xadimi Əhməd bin Saad əl Karni hər kəsi təəccübləndirəcək açıqlamalar verib.

O, açıqlamasında bildirib ki, baş verən zorlama, əxlaqsızlığın və ailədaxili xəyanatlərin səbəbi qadınlardır. Saad deyib ki, makiyaj edib, ətirlənən qadınlar küçədə kişiləri təcavüzə sövq edirlər. Bundan başqa, o, belə qadınların xəyanətkar olduğunu bildirib.

"Allaha and olsun ki, təcavüzün və zinanın səbəbkarı qadınlardır. Ətirlənən, bəzənən və diqqəti özünə cəlb edən qadınların hamısı ərinə qarşı xəyanət edir. Belə qadınlar mütləq cəzalandırılmalıdır”, - deyə din xadimi bildirib.
Onun bu çıxışı ərəbistanda bir çox qadının etirazına səbəb olub. /olke.az
 
İcmal.Az

RƏYLƏR