"Özümdən asılı olmadan uşağı pəncərədən atdım" - Tualetdə doğum edən qadın - VİDEO

OXUNUB: 1270 DÜNYA

Ötən həftə Ankarada binanın havalandırma borusundan tapılan uşağın 3 qız anası Nurdane D. tərəfindən 3-cü mərtəbədən atıldığı məlum olub.

Çağanın səsini eşidənlər FHN qüvvələrini köməyə çağırıblar.

Yeni doğulan uşaq borudan çıxarılıb. Onun vəziyyəti hazırda normaldır. Uşağı boruya anasının atdığı məlum olub. 

Hadisədən sonra tutulan qadın məsələ ilə bağlı açıqlama verib:

"Mədəmdə ağırlıq hiss edirdim. Qarnımdakı şişkinliyi bununla əlaqələndirirdim. Ərimdən başqa kimsəylə cinsi əlaqədə olmamışam. Ondan hamiləyəm. 3 qızım var. Hadisə günü səhər 8:30-9:00 arası sancılandım. Tualetə getdim. Tək başına kimsənin köməyi olmadan uşağı doğdum. Panikaya qapıldım və nə edəcəyimi bilmədim. Özümdən asılı olmadan uşağı 3-cü mərtəbənin pəncərəsindən havalandırma borusuna atdım. O anda uşağın ölüb-ölməyəcəyini düşünmədim. Uşaq doğulanda səs çıxarmırdı. Bu hadisədən ərimin xəbəri yoxdur"./milli

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Uşağı doğub, havalandırma borusuna atdı

RƏYLƏR