Özünü 60 manata satan trans Şəmkir RİH-nin rəsmi səhifəsində reklam verdi — FOTOLAR

OXUNUB: 745 HADİSƏ

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda "Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və "Yeni İl” münasibətilə karnaval keçirilib.


7News.Az  xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat verilib.


Karnavalda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını qarşıdan gələn "Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və "Yeni il” münasibəti ilə təbrik edib.


Daha sonra 2019-cu ildə Şəmkir rayonunun sosila-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri diplomlar verilib. 

 

Bayram Şənliyi


Maraqlıdır ki, tədbilə bağlı İcra Hakimiyyətinin rəsmi saytında dərc edilən xəbərdə adları işarələnənlər arasında rayonda yüngül həyat tərzi keçirən Elena Hüseynzadənin də adı var. 


Rəsmi şəxslər arasında adı işarələnən Elena Hüseynzadə sosial şəbəkədəki hesabında açıq şəkildə yüngül həyat tərzi keçirdiyini, görüş üçün 60 manat tələb etdiyini reklam edir. 


Rəsmi şəxslər arasında bu şəxsin adının yazılması təəccüb doğurduğuna görə İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Xəbərdarlığımızdan dərhal sonra yüngül həyat tərzi keçirən şəxsin adı siyahıdan silindi. 


İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirildi ki, həmin şəxs özü – özünü işarələyib. 


"Biz onu tanımırıq, kim olduğunu və fəaliyyətini bilmirdik. Xəbər tutan kimi adını sildik”.

 
 
7News.Az

RƏYLƏR