Özünü Qarabağ kanalına atan şəxsin meyiti tapıldı

OXUNUB: 772 HADİSƏ
Ağcabədi rayonunda özünü kanala atan kişinin meyiti Beyləqan ərazisində tapılıb.


İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, Tofiq İsmayılov adlı şəxsin meyiti özünü kanala atdığı yerdən 15 kilometr aralıda Fövqəladə  Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri  tərəfindən Beyləqan rayonunun Örənqala kəndi ərazisində tapılıb. Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildikdən sonra ailəsinə təhvil verilib.
 
Qeyd edək ki, T. İsmayılovun psixoloji problemi olub. O, iki gün öncə Qarabağ kanalının Qaradolaq kəndi ərazisindən keçən hissəsində özünü suya ataraq intihar edib.
 
İcmal.Az

RƏYLƏR