“Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək” layihəsi çərçivəsində təlimlər keçirilib

OXUNUB: 312 Özəl SOSİAL
7NEWS.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığ Mərkəzində "Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək” layihəsi çərçivəsində gənclər üçün təlimlər keçirilib.   
 
Gənclərə "Ömür boyu təhsil”, "Ömür boyu öyrənmə”, özünüməşğulluq proqramı, çevik peşələrə yiyələnməyin önəmi, gənclər üçün biznes və məşğulluq imkanları, həmçinin sosial sahibkarlıq, aqroturizm və digər mövzularda təlimlər keçirilib. 2 gün davam edən təlimlərdə həmçinin uğurlu gənclərin təcrübələri barədə məlumat verilib, maarifləndirici materiallar paylanılıb. 
 
Təlimlərin sonunda gənclərə Göyçay Peşə Hazırlığı Mərkəzinin fəaliyyət istiqamətləri, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək kurslar barədə məlumat verilib.

RƏYLƏR