15 min vergi borcu olan şirkət 600 minlik tenderin qalibi oldu

OXUNUB: 510 Özəl GÜNDƏM İQTİSADİYYAT

"Aztimont” ASC (VÖEN- 6800141961) Qobustan Rayon İcra Hakimiyyəti başçısının Qobustan şəhəri üzrə icra nümayəndəsinin keçirdiyi tender müsabiqəsinin qalibi olub.

Qobustan RİH yolların əsaslı təmiri işlərinin satın alınması xidmətinə görə "Aztimont” ASC-yə 590 min 390 manat 52 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 50 min 432 manat olan "Aztimont” ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur. 2005-ci ilin iyun ayında dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Sabirabad rayonu, Qalağayın kəndində yerləşir.

 

Qeyd edək ki, "Aztimont” ASC-nin 15 min 22 manat 62 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​/qafqazinfo

RƏYLƏR