15 yaşlı qızı zorlayan şəxsə cəmi 2 il cəza istənildi, Bərdə məhkəməsi bəraət verdi - TƏFƏRRÜAT

OXUNUB: 825 Özəl GÜNDƏM HADİSƏ
Baş Prokurorluqdan 7NEWS.az-a verilən rəsmi məlumatda deyilir ki, bəzi media və sosial şəbəkə səhifələrində «Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi» ilə bağlı məlumat dərc edilmişdir. 
Həmin məlumat tərəfimizdən qismən təkzib olunmaqla bildirilir ki, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair  cinayət işi  məhkəməyə göndərilmişdir. 
Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilmiş, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilmişdir.
​Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilmiş və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır.

RƏYLƏR