“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

OXUNUB: 1328 GÜNDƏM İQTİSADİYYAT SOSİAL
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.


EUR. 
Avrozonanın sənaye sektorunda biznes aktivliyinin proqnozlaşdırılanın əksinə olaraq artması, gələcəyə dair ümidləri də artırır. Eləcə də, dollar indeksinin ucuzlaşması fonunda EURUSD cütlüyündə eniş tendensiyası səngiyib. 1.18$ həddinin altında qala bilsə, eniş tendensiyası 1.16$-a kimi davam edə bilər. 

GBP. 
İngiltərədə ticarət dövriyyəsinə dair göstəricilərin proqnozlaşdırıldığından yaxşı açıqlanması fonunda GBPUSD valyuta cütlüyünün bahalaşdığının şahidi oluruq. Lakin artım tendensiyası divergensiya ilə müşahidə olunur. Qiymət 1.38$ səviyyəsinin altında qaldıqca, 1.36$-a kimi ucuzlaşa bilər

TRY. 
USDTRY məzənnəsində artım tendensiyası qorunur. Qiymət 8.57 həddini qırsa, 8.63 və 8.69 hədlərinə qədər bahalaşa bilər.

OIL. 
Ötən həftə 74$ həddini test edən Brent nefti hazırda beynəlxalq enerji birjalarında 73$-dan təklif olunur. Bir barel üzrə qiymət 75$-ı qırarsa, 80$-a çata bilər. 
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 
Dollar indeksində yaşanan enişlər əlvan metallar bazarlarında da böhran maliyyə aləti kimi qızıla olan tələbi artırıb. Lakin dollarda bahalaşma güclənərsə, qızılın da təzyiq altında qalacağı ehtimal edilir. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1798$ həddini qıra bilsə, 1786$ və 1773$-a kimi ucuzlaşa bilər. 


İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.


"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 
Analitika Departamenti


"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.


_______________________________________________________________________

Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

RƏYLƏR