“Yelo Bank” ASC açıq tender elan edir

OXUNUB: 81 İQTİSADİYYAT BANK
"Yelo Bank” ASC-nin Filiallarında olan kombi sisteminin dövri servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

Təklif ediləcək xidmətin qiyməti
İştirakçı şirkətin bu sahədə təcrübəsi
Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

1.Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

Qiymət təklifi (3 cu pointdə nəzərdə tutulan tələblər və təqdim olunan kombi siyahısı əsasında təqdim olunmalıdır). 
İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)



2.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-Tender təklifləri 06 Oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 14:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81K ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-Zərflərin hər küncü möhürlənməlidir. 
-Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
-Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
-Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın bağ sahəsinə və İnzibati binanın daxilində olan bitkilərə bağış keçirilə bilər. 

3.Tələb olunan xidmətlər 

Qiymət təklifində Lənkaran, Bərdə, Gəncə və Sumqayıt filialları üzrə ezamiyyət xərcləri nəzərə alınmalıdır. Dirgər filiallar Bakı şəhəri ərazisində yerləşir.
Qiymət təklifində işçilik və material qiymətləri ayrı ayrılıqda göstərilməlidir.
Xidmət 24/7 şərti ilə göstərilməlidir. Servis işlərindən əlavə ehtiyac olan materiallar, ehtiyat hissələri və işçilik əlavə razılaşdırılma əsasında ödəniləcək.
Göstərilən xidmətlərə və istifadə edilən material və ehtiyat hissələrinə iddiaçı ən azı 12 ay müddətində keyfiyyət zəmanəti təqdim etməlidir.
Yeni avadanlıqların montaj və demontaj edilməsi.



4.Ödəniş və digər şərtlər

Tender iştirakçıları fərqli meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. 
Müqavilə 1 il ərzində qüvvədə olacaq. 
Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.




5.Satınalan təşkilatın ünvanı 

Bakı ş. Həsənbəy Zərdabi 81K, 
Əlaqələndirici şəxs: 
Anar Asgarzade 
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 505 65 75

RƏYLƏR