“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

OXUNUB: 648 GÜNDƏM İQTİSADİYYAT

(Avrozonada risklər artıb, neft və qızılda korreksiya)

 

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR.

Avropada infeksiyaların yenidən artması fonunda iqtisadi risklərin artması narahatlığı EURUSD məzənnəsinin 16 ayın minimumlarında ticarət olunmasına səbəb olur. Təhlillərə əsasən, minimumlar 1.12$ ilə yenilənə bilər.

Çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonın xidmət və sənaye sektorlarında biznes aktivliyi indekslərinin açıqlanması da investorların diqqət mərkəzindədir.

 

GBP.

GBPUSD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korreksiya da funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBPUSD kursu 1.32$-a kimi düşə bilər.

 

TRY.

USDTRY məzənnəsi TCMB-nin faiz azaldılması qərarı ilə yanaşı, inflyasiya proqnozları fonunda da yüksəlir və hazırda 11TL-nin üzərində ticarət edilir. Gələn həftə üzrə açıqlanacaq inflyasiya məlumatlarında isə 20%-ın üzərində artım ehtimal edilir. Yayımlanan göstəricilər daha yüksək olacağı təqdirdə, lirədə ucuzlaşma 12TL-yə kimi davam edə bilər.

 

OIL.

Enerji birjalarında Brent neftin qiymətində müşahidə edilən korreksiyanın 76$-a kimi dərinləşəcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

 

GOLD.

Əlvan metallar bazarlarında qızılın qiymətində son bahalaşma dalğası fonunda korreksiya müşahidə edilir. Bu, 1832$-ı (58.9$/qram) və 1818$-a (58.5$/qram) kimi davam edə bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.azveb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

RƏYLƏR