Abşeronda icra başçısının qanunsuz tikililərinə kim nəzarət edir?

OXUNUB: 226 GÜNDƏM HADİSƏ
Abşeron rayonunda qanunsuz fərdi evlərin tikintisi davam edir. Bu barədə dosye.org-a rayonun Masazır qəsəbəsindən şikayət xarakterli məlumat daxil olub. Belə ki, özünü Abşeron RIH başçısı Iradə Gülməmmədovanın yaxını kimi təqdim edən Ilham adlı şəxs fərdi ev tikdirmək istəyən vətəndaşdan başçının razılığını almaq istədiyini bildirir. Təbii ki, icra başçısı nəinki vətəndaşları ümumiyyətlə heç kimi qəbul etmir. Güya, icra başçısı karantin qaydalarına ciddi şəkildə əməl edir. Amma heç də elə deyil. Dəfələrlə qeyd etdiyimiz nöqsanları mətbuat vasitəsi ilə ictimayətə təqdim etmişik. Əslində, I. Gülməmmədova qəbul günlərini öz pul yığanları üçün təşkil edir. Məhz Masazır qəsəbəsində qanunsuz tikililərə rəhbərlik edən Ilham adlı şəxs problem olmadan xanım başçıya "doliyanı” çatdıra bilir. Vətəndaş isə günlərlə icra başçinın qəbulunu gözləyir. Xatırladaq ki, bir müddət əvvəl Abşeron rayon Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyev vətəndaşları çox saylı şikayətlərin əsasında hüquq mühafizə orqanları tərəfindən həbs edildi. Məlum məsələdir ki, icra başçısınin razılığı olmadan ərazidə tikinti aparmaq olmaz. Lakin həmən qalmaqallı məsələdə I.Gülməmmədovanın qurban verəcəyi şəxs gözlənilməz oldu. Bu gün isə Akif Əliyevin yolunu Ilham adlı şəxs davam etdirir. Görünür, Iradə xanım hələ qurbanlıq üçün bir neçə yazıq bəndədən keçəcək. Növbəti yazılarımızda Ilham adlı şəxsin kimliyini və hansı vəndaşlarlardan nə qədər rüşvət aldığını qeyd etməklə sizləri məlumatlandıracayıq. Bizi izləməyi unutmayın…/dosye.org

RƏYLƏR