Abşeronda ikimərtəbəli tikili yandı

OXUNUB: 438 GÜNDƏM HADİSƏ
Abşeron rayonunda ümumi sahəsi 1600 m² (hər mərtəbəsi 800 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı (mağaza, kafe) tikilinin mansardasının taxta atmaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar nazirliyindən  verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

RƏYLƏR