“Altay Göyüşov nadanlığın nəzəriyyəsini yazacaq adamdır” – Elşən Musayev

OXUNUB: 406 Özəl GÜNDƏM SİYASƏT
"Altay Göyüşov siyasət adı ilə pərdələnmiş dələduzdur. Onun iyrəncliyi, anti-azərbaycançılığı, yaramazlığı və xainliyi simasına belə yansıyıb. Danışdıqları, qırıldaddıqları da ona görədir ki, erməni diasporasından, "söyüş müxalifəti”ni maliyyələşdirən bədnamlardan daha çox pul-para ala bilsin, adını çəkdiklərimin masalarında daha üst yerlərdə otura bilsin.”

7NEWS.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

 "Altay əslində hər zaman belə olub. Heç dəyişməyib. Sadəcə indi əsl sifətini ortaya qoyur. Artıq maska altında gizlənə bilmir. Kartları açır. Hara və kimə ”işlədiyini” deyir.

Bu insan nadanlığın nəzəriyyəsini, şərəfsizliyin kitabını yazacaq biridir. Sosial şəbəkələrdə də hər kəs ona layiq olduğu kəlmələri söylədi. Amma utandımı? Yerə girdimi? – Inanmiram. Çünki bu cür buqələmunlarda utanan sifət olmur.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR