Ankara-Berlin xəttində gərginlik — Almanlar İncirlik bazasını tərk edir

OXUNUB: 940 DÜNYA
Alman millət vəkillərinin İncirlik hərbi bazasına ziyarət tələbinə Türkiyə tərəfi icazə verməyib.


Bu hadisədən sonra Almaniya İncirlik bazasından çəkilməyi planlaşdırır. Rəsmi Berlin İordaniya, Küveyt və Kiprdə alternativ hərbi bazaları nəzərdən keçirir.

Alman federal məclisində fəaliyyət göstərən müdafiə komissiyasının bir heyəti İncirlik bazasındakı alman hərbçilərinə baş çəkmək üçün Türkiyədən icazə istəmişdilər. Amma almanların bu tələbinə Türkiyə müsbət cavab verməmişdi.

Almaniya mətbuatı isə rəsmi Berlinin İncirlik hərbi bazasından çəkilməyi planlaşdırdığını yazıb. Bu səbəbdən artıq İordaniya, Küveyt və Kiprdə alternativ bazalar nəzərdən keçirilir./olke.az
 

İcmal.Az

RƏYLƏR