ASALA Azərbaycan diplomatlarını ölümlə hədələyir - VİDEO

OXUNUB: 53935 Video Özəl DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT
Ermənistan və erməni diasporu süni ajiotaj yaratmağa və beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə davam edir. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər.
VİDEO: 

Məlum olduğu kimi, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşmış, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirmiş və öz missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətini davam etdirmişlər. Ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş çoxsaylı terror aktları bu təşkilatların bədxah əməlinin nəticəsidir. ASALA Fighters terror təşkilatı Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilir. XXI əsrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir.
ALLAHVERDİ ŞƏFİYEV



RƏYLƏR