Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının növbəti təlimi Tərtərdə olub

OXUNUB: 439 QHT

Noyabrın 22-dən başlayaraq  Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı tərtərli  gənclər  üçün "Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsini icra edib.

Təlimlər Tərtər rayon Gənclər mərkəzində keçirilib.

Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək öncə qonaqları salamlayıb.Sonra "Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsi haqqında fikirlərini bildirib. Qeyd edib ki, regionlarda yaşayan gənclər üçün karyera qurmaq və məşğulluğun təmin edilməsində belə təlimlər müsbət nəticələr verir.

Layihə rəhbəri Gülnarə Bağırova "Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsininin hazırlanma ideyasından, qarşıya qoyulan məqsədlərdən danışıb. Bildirib ki, karyera qurmaq,iş tapmaq istəyən gənclərin hər zaman dəstəyə ehtiyyacları olur.Buna görə də layihədən xeyli gənc bəhrələnmiş olacaq.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının  sədri Asif Əsgərli karyera qurmaq barədə praktik- nəzəri üsullardan danışmış, iş üçün sv hazırlanması qaydalarını izah etmişdir.

Təlim vaxtı gənclər də müzakirələrə qoşulmuş, düşüncələrini bölüşmüşlər.

3 günlük təlimlərin sonunda iştirakçılara sertifikatlar verilmişdir.



RƏYLƏR