Azərbaycanlı məşhur üsyan etdi: “Aktrisalar, nəyin paxıllığını edirsiniz?” - FOTO

OXUNUB: 883 MƏDƏNİYYƏT
Tanınmış aktyor, aparıcı Sənan Ellez Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrə çəkiliş barədə qoyulan qadağalardan danışıb.

Bu barədə Sənan "Facebook” hesabında paylaşım edib.

O qeyd edib ki, gələcəyin aktyorlarına icazə verməyən şəxslər məhz onların müəllimləridir:

"Tələbələrinə çəkilmək qadağası qoyan aktyor və aktrisalar, nəyin paxıllığını edirsiniz? Yaşadığımız məmləkətin sektoru budur. Nədir sizin bu istedadlarla dərdiniz? Özlərindən soruşanda "ayə, biz Malakanda oxuyanda "uje” "çəkilirdik” deyirlər. Malakan da nə malakan imiş, dədə”.

Məsələ ilə bağlı Oxu.Az - a açıqlama verən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşfiq qeyd edib ki, sözügedən paylaşımla bağlı araşdırma aparılır və ətraflı məlumat veriləcək. 

Həmin paylaşımı təqdim edirik:/oxu
 


RƏYLƏR