Bakı-Sumqayıt yolunda dəhşətli “Prius” qəzası: Ölənlər var - VİDEO - YENİLƏNİB

OXUNUB: 365 HADİSƏ
Bakıda ağır yol qəzasında ölən şəxslərin adları məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bunlar "Toyota Prius" markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızıdır.

Hazırda araşdırma aparılır.

***

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən "Toyota Prius” markalı avtomobil yolun kənarında dayanmış su daşıyan "KamAZ”a çırpılıb.

Hadisə nəticəsində "Prius”un sürücüsü və sərnişini vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
 


RƏYLƏR