Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - Yenilənib

OXUNUB: 226 HADİSƏ
Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.


Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xalidə Kəngərlinin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum iki uşaq anası idi.

 


 

 









 

RƏYLƏR