2019-cu ilin dekabrından Suraxanı rayonu rayonuna icra başçısı təyin edilən Əziz Əzizov bu rayonda son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.
Məlumat üçün qeyd edək ki, bu barədə mediada dəfələrlə yazılsa da, Ə.Əzizov "Dədəm mənə "kor” deyib, "gəlib-gedəni vur” deyib” prinsipi ilə nə sakinlərin narazılığını saya salır, nə də onu bu vəzifəyə təyin edən edən dövlət başçısının qəzəbinə tuş gələcəyindən qorxur.
7News.Az AzToday.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Yeni Suraxanı qəsəbəsində 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində icra başçısı Əziz Əzizovun qeyri-rəsmi göstərişi ilə hasara alınaraq ticarət məqsədi ilə tikinti işlərinə başlanılması barədə mediada məlumat yayılmışdı. Hətta həmin ərazinin neft quyuları olması səbəbindən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərilən ünvanda tikinti içlərinin aparılmasına necə icazə verdiyi sualına hələ də cavab tapılmayıb.
Bu azmış kimi, Prezident Admnistrasiyasında oturan havadarına arxalanan Əzəiz Əzizovun Hövsan qəsəbəsində genişmiqyaslı tikinti işlərinə başladığı məlum olub. Belə ki, hələ Hövsan qəsəbəsi son 30 ildə bu qədər çoxmərtəbəli obyekt tikintisinin şahidi olmayıb. Bu sahədə tikinti işləri elə sürətlə aparılır ki, qəsəbə sakinləri üçün hər yeni gün yağışdan sonra çıxan göbələklər kimi yeni icarəyə verilən obyekti görməli olurlar. Bu iş elə sürətlə və genişmiqyaslı aparılır ki, son 9 ildə Ağ şəhərdə aparılan tikinti işləri onun yanında sönük qalır.
Bu da bir faktdır ki, Əziz Əzizov bu rayona icra başçısı təyin olunmasından 1 il yarım ərzində təkcə Oqtay Şabanov küçəsində 20-dən çox yeni böyük obyekt inşa edilərək, icarəyə verilmək üçün təhvil verilib. Aztoday.az xəbər verir ki, həmin obyektlərin bir çoxu artıq icarəyə verilib, bir çoxu da özünün icarədarını gözləyir. Ən acınacaqlısı və qəsəbə sakinlərini narahat edən isə Oqtay Şabanov küçəsində, köhnə Tural kafesinin (indiki Sərinqala) yerləşdiyi binanın həyətinin zəbt edilməsi olub. Buranı zəbt edilməsinə göz yuman Ə.Əzizov orada hələ sovet dövründn qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq orada nəhəng obyekt tikilməsinə şərait yaratması olub. Hazırda uşaqların sevimlisi olan həmin meydançanın yerində böyük bir ticarət obyekti ucalır, obyektin birinci mərtəbəsində "İrşad telekom” və "Araz” supermarketi yerləşir.
Daha bir maraqlı fakt odur ki, Ə.Əzizov icra başçısı təyin edildikdən bir qədər sonra Abşeron rayonunda torpaq və kommersiya sahəsində maxinator kimi məşhur olan Fuad Cəbrayılovu özünə müavin təyin etməsidir. Bütün bu tikinti işləri də məhz onun müavin təyin edilməsindən sonra geniş vüsət alıb.
Hörmətli oxucular, bu və digər məsələlər, Suraxanı icra başçısının başlatdığı "tikinti bumu” barədə araşdırmamız davam edəcək. Uşaqların futbol meydançası ələ keçirilən binada yaşayan sakinlərin məsələyə münasibətini növbəti yazımızda dərc edəcəyik.