"Bank BTB"-nin bölüşdürülməmiş zərəri 14 milyon manatdan çoxdur

OXUNUB: 570 BANK HADİSƏ
30 iyun 2021-ci il tarixinə "Bank BTB" ASC-nin aktivləri 354.933 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5.229 milyon manat azdır.

Index.az bankın 2021-ci ilin II rübünə dair maliyyə hesabatını təhlil edib.

Təhlil göstərir ki, hesabat dövrünün sonuna bankın kredit portfeli 237.177 milyon manat təşkil edib. İl ərzində bankın kredit portfeli 27.257 milyon manat böyüyüb.

2021-ci ilin iyulun 1-dək müştərilərin banka yerləşdirdiyi tələbli depozitlərin həcmi 15.743 milyon manat, müddətli depozitlərin həcmi isə 122.912 milyon manatdır. Başqa sözlə, 2020-ci ilin analoji dövrü ilə müqayisədə tələbli depozitlərdə 35.916 milyon manat azalma var. Müddətli depozitlər isə il ərzində 40.113 milyon manat artıb. Ümumilikdə isə müştərilər 4.217 milyon manat həcmində depozitini geri çəkib.

Ötən ilin ilk yarısını bank 107 min manat zərərlə başa vursa da, bu ilin eyni dövrünü 538 min manat xalis mənfəətlə yekunlaşdırıb. Bunun hesabına bankın bölüşdürülməmiş zərəri 14.417 milyon manata enib.

Bankın məcmu kapitalı requlyatorun normasını (50 milyon manat) 4.661 milyon manat üstələyir və hazırda 54.661 milyon manatdır. Bankın nizamnamə kapitalı dəyişməyib - 66.450 milyon manat.

"Bank BTB" 2010-cu ildə təsis olunub. Bankın səhmlərinin 74.99%-i Nigar Mehdiyevaya, 19.01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

RƏYLƏR