Baş Prokurorluq şəhid qardaşının sosial şəbəkədə yayılan hər iki videosunu araşdırır - VİDEO

OXUNUB: 474 SOSİAL HADİSƏ

Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış ikinci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”, - deyə məlumatda qeyd olunub.

 

RƏYLƏR